Sənayedə çalışan muzdlu işçilərin orta sayı
2020-cı ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 2756 nəfər təşkil edib.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə onların 4 nəfəri mədənçıxarma, 2369 nəfəri emal, 266 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 117 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Həmin dövrdə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.0 faiz artaraq 331.5 manatdan 347.0 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 22.4 faiz və ya 204.2 manatdan 250.0 manata, emal sənayesində 2.5 faiz və ya 318.1 manatdan 326.0 manata, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 7.7 faiz və ya 490.0 manatdan 528.1 manata, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32.0 faiz və ya 278.4 manatdan 367.1 manat artmışdır