Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda qadınlarla onlayn görüş

20 fevral 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar şurası tərəfindən Xocalı soyqırımının 29 illiyi ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda qadınlarla onlayn görüş keçirmişdir.
İlk öncə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar şurasının sədri Gülşən Xəlilova bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və bu soyqırım ,eyni zamanda,bütün bəşəriyyətə qarşı tarixi bir cinayyətdir, onların törətdikləri vəhşiliklər haqqlnda çıxış etdi.
Onlayn görüşdə şura üzlərindən Nailə Əsədullayeva, Sevil Əsgərova, Sevil Ağammədova, Əntiqə Tağıyeva və YAP-ın fəal qadınlarından Mehriban Əzizova, Məhbubə Şahbazova mövzu ətrafında çıxışlar etdilər.

Keçidlər