Suvarma boruları təmir olunur
22 fevral 2021 | 16:00
Viləşçay Su Anbarı İstismarı idarəsinin kollektivi yaza ciddi hazırlıq görürlər.
Mütəxəssislər bu günlərdə Şıxlar və Yeddioymaq ərazilərindən keçən diametri 1000 millimetr olan qapalı suvarma dəmir borusunun 700 metrini əsaslı təmir etmişlər.