Masallı rayonunda Taekvando idman növü üzrə rayon birinciliyi
11-12 aprel 2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvando Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında taekvando idman növü üzrə rayon birinciliyi keçirilib.
12 çəki dərəcəsində 72 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında ulu öndər Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, sülhün təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın taekvando növünün inkişaf etdirilməsi və Rayonda Taekvando idman növünün geniş təbliğ etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə marağın artırılması və Taekvando idman növünün inkişaf etdirilməsi olmuşdur.
Gərgin mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş bütün idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdı.