Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn görüş

23 fevral 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 28 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn görüş keçirilmişdir.

Onlayn görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bu əlamətdar gün münasibəti ilə tədbir iştirtakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Seyfəddin Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək”.
Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini, Şura üzvü, Poçtamt ərazi ilk partiya təşkilatının sədri Səfalı Paşayev, Qadınlar Şurasının üzvü Xanım Əliyeva və başqaları çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.

Keçidlər