Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Soyqırımını Unutma” mövzusunda onlayn tədbir

23 fevral 2021 | 16:00

23.02.2021-ci il tarixində Masallı rayon Heydər Mərkəzi Ərazi İlk Partiya Taşkilatı və Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının birgə təşəbbüsü ilə, Masallı Gənclər Evi sosial xidmət müəssisəsi, N. Nərimanov adına şəhər 2 saylı, Dəmirçi kənd ümumi orta məktəb, Mahmudavar kənd tam orta məktəbin rəhbər və müəllimlərinin iştirakı ilə “Xocalı Soyqırımını Unutma” mövzusunda onlayn tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra Mərkəzin direktoru Dilbər İbayeva çıxışına başlayaraq bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində mənfur erməni quldur dəstələrini əzərək doğma Qarabağımızı  işğaldan azad etdi, qəddar düşməndən qisasımızı lazımi səviyyədə aldıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, çox keçməyəcək işğaldan azad edilmiş bütün torpaqlara həyat qayıdacaq və bu ərazilər yenidən çiçəklənəcək.
Daha sonra söz Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazova verilib. O, çıxışında qeyd edib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər də xüsusi təqdirəlayiqdir. Fond keçən müddətdə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və Ana fəryadı abidəsinin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığına daha bir nümunədir.
Tədbirdə Masallı şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı geniş çıxış ediblər.

Keçidlər