“Yaddaşlardan silinməyən faciə” mövzusunda onlay konfrans
Masallıda “26 fevral–Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “Yaddaşlardan silinməyən faciə” mövzusunda onlay konfrans keçirilmişdir.
24 fevral 2021-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “Yaddaşlardan silinməyən faciə” mövzusunda onlay konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri şiriş sözü ilə açaraq bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərdiyini bildirdi.
Tədbirdə Masallı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin Toxuculuq və Tikiş Dərnəyinin rəhbəri Əfsanə Kərimova çıxış edərək Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayət olduğunu diqqətə çatdırıb.Sonra öz əli işi olaraq hazırladığı “Ana Harayı” heykəli haqqında qısa məlumatı diqqətə çatdırdı.
Daha sonra tədbirdə fəal gənclərdən Abı Bağırov çıxış edərək Xocalıda baş verən dəhşətli facidən danışmış və bildirmişdir ki, Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq üçün gənclərimizin səfərbər olunması vacibdir.