Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda cüdo idman növü üzrə rayon birinciliyi

17 aprel 2015 | 15:00

    15-16 Aprel 2015-ci  il tarixlərdə  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
   11 çəki dərəcəsində 72 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medal təltif edilmişdir.

Keçidlər