Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
25 fevral 2021 | 16:00
25 fevral 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 682 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 6500 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 2208 nəfəri 65 yaşdan yuxarı, 3524 nəfəri 50-65 yaş arası və 768 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
Qeyd etmək istərdik ki, peyvənd olunmuş 682 nəfər vətəndaşdan 51 nəfəri səyyar briqadalar tərəfindən yaşadıqları ünvanda peyvənd olunmuşlar.