Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir

26 fevral 2021 | 16:00

Masallı Rayonu üzrə Maliyyə Şöbəsinin kollektivi Xocalı soyqırımı ilə bağlı şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Masallı Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Azər Abdullayev çıxış edərək bildirdi ki, 1992-ci ilin Fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistləri 366-cı sovet motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərinə hücum etməklə dəhşətli bir faciə törədərək dinc əhalini gülləbəran etdilər. Bu dünyada misli görünməmiş vəhşilik idi. Ermənilər həmin gecə 613 nəfər Xocalı sakinini şəhid etdilər. Həmin şəhidlərin 63 nəfəri uşaqlar, 16 nəfəri qadın və 70 nəfəri isə qocalardır. Natiq öz çıxışını davam etdirərək bildirdi ki, Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Çünki həmin faciələrin qurbanlarının xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin əksəriyyəti tanınmaz vəziyyətə salınmışdır. Ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti nə bu günün, nədə dünənin işidir. Onlar bu terror siyasətini müəyyən fasilələrlə daim davam etdirirlər. 

Keçidlər