Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayanlarla maarifləndirmə tədbiri

28 fevral 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon H. Əliyev Mərkəzi, Polis şöbəsi, Təhsil şöbəsi, Mərkəzi Rayon Xəstəxanası, Gənclərin İnkişafı və Karyera Mərkəzi, rayonun 11 ümumtəhsil məktəbinin əməkdaşları və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayan qızların ailə-nikah münasibətlərinə cəlb edilməsinin acı nəticələri, narkotik vasitələr, tütün məmulatları və alkoqolun insan orqanizminə ziyanı, internet resurslarından düzgün istifadə edilməsi haqqında onlayn maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə RİHBA-nın Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, RİHBA-nın böyük məsləhətçisi, YYÇİ və HM üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, RİHBAnın Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, RİHBAnın İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nəsib Bağırov, Rayon Polis şöbəsinin YYÇPİTQnın baş inspektoru, polis baş leytenantı Samid Əliyev çıxış edərək qeyd olunan mövzu ilə bağlı ötən və cari ildə baş verən hadisələr, onların nəticələri barədə məlumat verərək, iştirakçılar tərəfindən verilən sualları cavablandırdılar və erkən nikah, narkotik, tütün və alkoqolun ziyanı və internetdən düzgün istifadə ilə bağlı məktəblərdə mütəmadi maarifləndirmənin aparılmasını, erkən nikah halları və nikaha məcburetmə halları ilə bağlı rayon İcra hakimiyyəti və hüquq mühafizə orqanlarını dərhal məlumatlandırmaları bildirildi.
Əlavə olaraq bildirmək istəyirik ki, bu kimi hallarda Daxili İşlər Nazirliyinin 102 zəng xidməti, rayon İcra hakimiyyətinin rəsmi internet saytı və sosial şəbəkə hesablarına müraciət edə bilərsiz

Keçidlər