Masallıda Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Atıcılığ” idman növü üzrə rayon biriciliyi
14-20 aprel 2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevun 92-ci ildönümünə həsr olunmuş 14-29 yaşlı gənclər və ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında “Atıcılıq” idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştrakçıları salamlamış və bu oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin vətənə məhəbbət, milli mənəvi dəyətlərə hörmət hissinin gücləndirilməsi , güllə atıcılığının təbliği, güclü və perespektivli idmançıların aşkar edilməsindən ibarət olduğunu bildirdi.
14 aprel 2015-ci il tarixdən davam edən yarış 6 qrup üzrə keçirilmişdir. Yarışda ümumilikdə 60 məktəbın komandası iştrak etmişdir.
60 məktəb komandasının iştrak etdiyi 6 qrup üzrə hər qrupda 10 məktəb komandası mübarizə aparmışlar. Yarışın yekununda
Keçirilən yarışda bütün oyunları müvəffəqiyyətlə başa vuran Qəriblər kənd tam orta məktəbin komandası, F.Xancanov adına Musaküçəkənd tam orta məktəbin komandası, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin komandası, S. Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası, final mərhələsində mübarizə aparmışlar. Sonda Qəriblər kənd tam orta məktəbin komandası I yerə, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin komandası II yerə, Q. İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin komandası, III yerə layiq görülmüşlər. Xüsusi fərqləndiyinə görə isə S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası diplomla təltifedilmişdir.
Qalib gəlmiş komanda üzvləri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.