Şriftin ölçüsü :

Saytın rəngi :

"Nizami Gəncəvi-880" mövzusunda onlayn tədbir

01 mart 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsi ilə əlaqədar olaraq  Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 01.03.2021-ci il tarixində "Nizami Gəncəvi-880" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin I kurs tələbələri iştirak edib. Əbədiyaşar şairin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib.
Sonra Masallı rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si, eyni zamanda, hikmətli sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Qeyd edilib ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.  G. Vəkilzadə bildirib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib.
Tədbir çərçivəsində MDRK-in tələbələri Nərmin Sultanova, Nərmin Şahverdiyeva və Samirə Qənbərova dahi Azərbaycan şairinin həyatı, onun yaradıcılığı, eyni zamanda “Kərpickəsən kişinin dastanı” və "Yeddi Gözəl" poeması haqqında öz təəssüratlarını bölüşüblər.

Keçidlər