"Mülki Müdafiənin təşkili" mövzusunda tədbir
01 mart 2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar "Mülki Müdafiənin təşkili" mövzusunda Heydər Əliyev Mərkəzi əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıkarı vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra mərkəzin direktoru Dilbər İbayeva çıxışına başlayaraq bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş 1 mart hər il kütləvi hümanitar tədbir kimi qeyd edilir.Azərbaycan 1993-cü ildə bu nüfuzlu Beynəlxalq Təşkilata üzv olmuşdur.Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir.Əhaliyə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi mülki müdafiənin əsas vəzifələrindən biridir. Bu vəzifə Respublika Nazirlər Kabinetinin 703 ¹-li qərarı ilə təsdiq olunmuş "Əhalinin mülki müdafiəyə hazırlanması haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq yerinə yetirilir.Dünya sürətlə dəyişdiyi üçün əhalinin mülki müdafiəyə hazırlanmasında təlimlərin, məşqlərin, kompleks yoxlamaların böyük əhəmiyyəti vardır.