Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümumdünya kitab və müəllifik hüququ günü qeyd edildi

21 aprel 2015 | 15:00

21 aprel 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 23 aprel “Ümumdünya kitab və müəllifik hüququ günü” nə həsr olunmuş   dəyirmi masa  keçirilmişdir.
Tədbiri giriş sözü ilə  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq  bildirdi ki , Hər il ənənəvi olaraq ölkəmizdə YUNESKO-nun elan etdiyi 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”   qeyd olunur,   Bu əlamətdar günə  həsr olunmuş tədbirlərin keçirilməsində əsas məqsədimiz  kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq,  müəlliflik hüququnun mədəni irsimizin yaranmasında və qorunub saxlanmasındakı rolunu təbliğ etmək və gənclərdə kitablara olan marağını daha da artırmaqdan ibarət olduğunu bildirdi.
Sonra tədbirdə Masallı rayon təhsil şöbəsinin metodisti Münəvvər Əzimova, iştirakçılardan Fərail Şirəliyeva, Vasif Məmmədov,  Könül Tahirova, Məlahət Mehrəliyeva  çıxış edərək bildirdilər ki, Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. Bu yönümdə keçirilən tədbirlər gənclərimiz arasında kitaba olan marağı daha da artıracaq. Kitabın gənclərin intelektual inkişafında, nitq mədəniyyətinin formalaşmasında, onların təxəyyülünün genişləndirilməsindəki rolundan  və kitabın cəmiyyətdə olan rolu heç bir zaman əhəmiyyətini itirməyəcəyini bir daha nəzərə çatdırdılar.
Tədbirin sonunda iştrakçılar Masallı şəhər Gənclər Mərkəzində yerləşən kitabxanada kitablarla yaxından tanış oldular.

Keçidlər