"Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı Nurlan Muradov
03 mart 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan leytenant Nurlan Muradovla gənclərin onlayn görüşü keçirilmişdir.
Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.
Tədbiri giriş sözü ilə "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov açaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdiyini söylədi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə etdiyini çıxışında qeyd etdi.
Tədbirdə çıxış edən II Qarabağ müharibəsinin iştirakçısı Nurlan Muradov çıxış edərək 44 günlük Vətən müharibəsində keçirdiyi döyüş yolu haqqında məlumat vermiş, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün qürur duyduqlarını, müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən, keçdikləri şərəfli döyüş yollarından və xatirələrindən danışdı.