Masallıda Bədən tərbiyəsi və İdman günü
Masallıda 05 Mart Bədən tərbiyəsi və İdman günü qeyd edildi.
04 mart 2021-ci il tarixdə Masall rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə, “05 Mart Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə idman sahəsində uğurlu nəticələr əldə edən bir qrup idmançılarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq əlamətdar gün münasibətilə bütün idmançıları təbrik etdi. Dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək qeyd etdi ki, 2020-ci ildə dünyanı bürüyən pandemiya bütün sahələrdə olduğu kimi idman sahəsinə də təsirzis ötüşmədi bu səbəbdən bir çox idman yarışları, Beynəlxalq turnirlərin keçirilməsi təxirə salındı.Biz inanırıq ki, yaxın zamanlarda bu bəladan xilas olaraq idmançılarımız yeni uğurlara imza atacaq. C.Manafov onuda vurğuladı ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi bir il oldu torpaqlarımız işğaldan azad edildi bu 44 günlük Vətən Müharibəsində idmançılarımız fəal iştrak edərək qəhrəmanlıqlar göstərdi. Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən idmançılarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.Sonda bir daha idmançılarımıza uğurlar arzuladı.
Tədbirdə Əməkdar-məşqçi Xanağa Quliyev, məşqçi-müəllim Ramiq Məmmədov və İdmançılardan Heydərəli Quliyev, Allahyar Əhədov çıxış edərək Ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan danışaraq idmançılara uğurlar arzuladılar.
Tədbirdə ötən dövr ərzində idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançılar Masallı rayon Gənclər və İdman idarəsinin təsis etdiyi Fəxri Fərmanlarla təltif olundular.