Şriftin ölçüsü :

Saytın rəngi :

YAP GƏNCLƏR BİRLİYİNİN AĞACƏKMƏ KOMPANİYASI KEÇİRİLMİŞDİR

21 aprel 2015 | 15:00

21 aprel 2015-ci il tarixdə İDEA ictimai birliyinin xətti ilə Masallı rayon Qızılağac kəndində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Ümumrespublika yaşıllaşdırma hərəkatı" layihəsi çərçivəsində ağacəkmə kompaniyası həyata keçirilmişdir. Kompaniya çərçivəsində beş yüzdən artıq həmişəyaşıl küknar ağacı əkilmiş və əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir. Ağacəkmə kompaniyasında YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, YAP-ın gənc fəalları ilə yanaşı yerli əhali və gənclər yaxından iştirak etmişlər.

Keçidlər