“Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir
04.03.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin müəllimlərinin, Təhsil işçilərinin, Qadın Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir keçirilib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar “ Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda tədbiri məhz 8 mart ərəfəsində təşkil etdik. Çünki dahi şairin yaradıcılığında qadın obrazları xüsusi yer tutur. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs tapmaq mümkün olmamışdır. Qadına münasibət Nizami poemalarının aparıcı mövzusuna çevrilib. Nizaminin qadın qəhrəmanları daim uzaqgörən insanlar olub. Şərq dünyasının dahi mütəfəkkir və filosofu öz əsərlərində əxlaq və etikanı təbliğ edib, həmin əsərlər bu gün də aktuallığını saxlamaqdadır. Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi saflığı və sədaqəti ilə seçilib. D. İbayeva çıxışının sonunda başda Şəhid Anaları olmaqla, bütün qadınların 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, qadınlarımıza göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində Müəllimlərdən Dilarə Hüseynova, Gülcahan Vəkilzadə, Könül Qənbərova və Mehriban Əzizova mövzu ilə bağlı çıxışlarını təqdim ediblər.