Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
04 mart 2021 | 16:00
04 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 806 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 10776 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 3074 nəfəri 65 yaşdan yuxarı, 6907 nəfəri 50-65 yaş arası və 795 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.