Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin şəhid ailəsi ilə görüşü

26 fevral 2021 | 16:00

Masallı Rayon İcra Hakimiyyətində Vətən müharibəsində şəhid olmuş gizir Elvin Əzizovun ailə üzvləri ilə görüş keçirilib
25 fevral 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin kiçik zalında mövcud karantin qaydaları çərçivəsində, Vətən müharibəsində şəhid olmuş gizir Elvin Əzizovun ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan əsgər və zabitlərinin müstəsna xidmətləri olmuşdur. Bu gün yaşanan sevincli günləri xalqımıza məhz Ali Baş Komandan və onun müzəffər ordusu bəxş etmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir. Bu zəfərin qazanılmasında Masallı rayonu da Vətən, torpaq, xalq uğrunda müharibədə iştirak edən şəhidlərimizin və qazilərimizin də böyük rolu vardır.
Qeyd edilib ki, onlardan biri də “Vətən uğrunda” medallı şəhid gizir Elvin Əzizovdur. Çoxları kimi onun da bir ali amalı olub: Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşmək. -Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur, — deyə söhbətinə davam edən icra başçısı Ş.Məmmədov bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Azərbaycan oğullarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Torpaqlarımızın işğal altında olması ilə heç bir zaman barışmayan Elvin balamız 16 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Musabəyli kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Elvinin oğlu Ağaxan, atası Əfraillə görüşən rayon rəhbəri, Azərbaycanın suverenliyi uğrunda şəhid olan əzizlərinə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Sonra rayon rəhbəri şəhidin böyük portretini və velosipedi, həmçinin digər hədiyyələri oğlu Ağaxana təqdim edərək, ondan dərslərini yaxşı oxumağı və intizamlı olmağı tapşırıb.

Keçidlər