Şriftin ölçüsü :

Saytın rəngi :

Musaküçə ərazisində abadlıq işləri

05 mart 2021 | 16:00

Musaküçə kəndində "Musaküçə Xeyriyyə Cəmiyyəti" yaradılmışdır. Cəmiyyət tərəfindən ərazidə geniş abadlıq işləri görülmüşdür. İlk olaraq çəkiləcək işıqlara maneçilik törədə biləcək ağacların budanması başlanılmış və 150 metr məsafəyə yaxın ağaclar budanmışdır. Rusiya Federasiyasında yaşayan və ölkəmizin ayrı ayrı şəhər və rayonlarında yaşayan Musaküçə kənd sakinlərinin maddi dəstəyi hesabna asfalt boyu 39 dəmir, 22 beton dirək olmaqla, umumilikdə 61 elektrik dirəyinə gecə işıqlandırılması quraşdırılmışdır. Bundan əlavə olaraq Musaküçə sakinləri ayrı ayrı məhəllələrdə şəxsi hesablarına 17 beton dirəyə işıq quraşdırmışlar. Musaküçə kəndinin girişindən Lürən istiqamətində çıxışına kimi, bundan başqa məsciddən asfalta kimi və ayrı ayrı məhəllərdə umumilikdə uzunluğu təxminən 2200 metr məsafə işıqlandırılmışdır. Musaküçə Xeyriyyə Cəmiyyəti növbəti abadlıq işini Musaküçə kənd qəbrstanlığında aparmışdır. Beləki 11 Kamaz torpaq daşınaraq qəbiristanlığın həyətində (hündür-alçaq yerlər doldurularaq) genişləndirmə işi aparılmışdır. Xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə növbəti abadlıq işi piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yolun kənarlarında təxminən 200 metr məsafədə bərkidmə işi aparılmışdır. Sonra isə Musaküçə kəndinin girişindən təxminən 1000 metr məsafəyədək, 9 Kamaz şebel gətirilərək piyada yoluna döşənmişdir. Musaküçə əhalisinin, xüsusilə şagirdlərimizin təhlükəsiz məktəbə gedib-gəlməsini təmin edilmişdir. Musaküçə Xeyriyyə Cəmiyyətinin qarşıda duran növbəti məsələsi, Musaküçə kəndinin daxilindən keçən asfalt yoldan Məscidə qədər gedən yola şebel döşəyərək əsaslı təmir etməkdir.

Keçidlər