Masallıda yazlıq bitkilərin əkininə başlanılıb
Masallı rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə məhsul istehsalçıları indiyədək 1067 hektar əkin aparılmış bunun da 705.5 hektarda kartof, 122.5 hektar paxla, 239 hektarda tərəvəz(2.5 hektar kələm, 2 hektar xiyar, 40.5 hektar soğan, 68.5 hektar sarımsağ, 125.5 hektar sair tərəvəz) bitkiləri əkib,
Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.