Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya əsrin bəlasıdır" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim

05 mart 2021 | 16:00

05 mart 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov qeyd etmişdir ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir.
Tural Sadıqov çıxışında Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırıb. O, narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxışında qeyd etmişdir ki, Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacağ.
Masallı rayon Mololon kənd orta məktəbinin müəllimi Könül Qənbərova çıxış edərək şagirdləri cəmiyyətdə düzgün mövqe tutmağa, dərslərindən geri qalmamağa, cəmiyyətə yararsız insanlardan uzaq olmağa, onlara qoşulmamağa, möhkəm iradəli olmağa, asudə vaxtlarını faydalı işlərə sərf etməyə çağırdı.

Keçidlər