Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc xilasedici və yanğınsöndürən

20 aprel 2015 | 15:00

20 aprel 2015-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr edilmiş rayon məktəbliləri arasında  "Gənc xilasedici və yanğınsöndürən"   yarışları keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən yarışlar fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən təşkil olunmuşdur.
Yarışın açılış mərasimində  çıxış edən  Masallı rayon İcra hakimiyyəti başçısının I müavini Nadir Abıyev,  FHN-nin cənub RM-nın İctimayətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov  , Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov , FHN-nin cənub RM-nın şöbə rəisi Şahbaz Əbilov yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs etmiş, yarış iştirakçılarına gərgin mübarizədə müvəffəqiyyətlər arzulamışlar.
Birincilik uğrunda  8  komanda öz qüvvə və bacarığını nümayiş etdirmişdir.  Gərgin mübarizə şəraitində keçmiş yarışda  S.Tağıyev adına Digah 4 saylı  orta məktəbin komandası birinci, N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbin  komandası  ikinci,  İ.Zülalov adına İsgəndərli kənd tam  orta məktəbin komandası isə üçüncü yeri tutmuşdur. Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilmişlər. Qalib komanda zona yarışlarına vəsiqə qazanmışdır.

Keçidlər