Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2021 | 16:00

Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan folklorunda igidlərin oxatma, atçapma, güləş və digər xalq oyunlarında göstərdikləri şücaət və qəhrəmanlıqlar tərənnüm olunmuşdur.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 dekabr 1998-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir. Qanunda bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasında dövlət siyasətinin prinsipləri müəyyən edilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (2006) “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür. 2000-ci ildən başlayaraq Azərbaycan Respublikasında bir-birinin ardınca müasir idman kompleksləri tikilib istifadəyə verilmişdir. Dövlətin idmana böyük qayğısının daha bir təzahürü olan bu sağlamlıq mərkəzlərinin əksəriyyəti ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə inşa olunmuşdur.

Azərbaycanda idman əsl tərəqqi yoluna respublika dövlət müstəqilliyi qazandıqdan sonra qədəm qoymuşdur. Müstəqilliyin ilk illərində bədən tərbiyəsi və idman işlərinin təşkili sahəsində çətinliklər var idi. Respublika Prezidentinin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixli və Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanı ölkədə idmanın inkişafına güclü təkan verd. Ümummilli liderin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır. İdmançılarımızın da ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Ölkədə idman və bədən tərbiyəsinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir. Ölkənin müxtəlif bölgələrində çoxsaylı idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman kompleksləri, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə uyğun yenidən qurulur.

2020-ci il Azərbaycan xalqı üçün tarixi bir il oldu torpaqlarımız işğaldan azad edildi bu 44 günlük Vətən Müharibəsində idmançılarımız fəal iştrak edərək qəhrəmanlıqlar göstərdi. Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən idmançılarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Bu gün Masallı rayonunda da Bədən tərbiyəsi və idman sahəsi geniş vüsət almışdır, rayonumuzda idmançılar üçün yaradılan şərait , Olimpiya Kompleksi, Taekvondo , Boks Mərkəzləri, Boradigah qəsəbə İdman zalı tikilərək idmançıların istifadəsinə verilmişdir.İdmançılarımız bu diqqət və qayğı sayasində yeni-yeni uğurlara imza ataraq Respublika, Beynəlxalq , Avropa, Dünya və Olimpiya yarışlarında uğurlu nəticələr əldə edərək Azərbaycanın üçrəngli bayrağını yüksək arenalarada dalğalandırmışlar.

Keçidlər