Məktəblilərin karantin qaydalarına əməl etmələri
05 mart 2021-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon Təhsil şöbəsi, rayon Polis şöbəsi və Masallı şəhər məktəblərinin direktor, müavin heyətinin iştirakı ilə onlayn görüş keçirildi.
Tədbiri giriş sözü ilə Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov açaraq son günlər ölkə ərazisində koronavirus infeksiyasına yoluxanların sayında artımın müşahidə olunması, məktəblilərin bu infeksiyadan qorunması və bu istiqamətdə görülmüş işlərlə bağlı ətraflı məlumat verdi. Əlavə olaraq rayon İcra hakimiyyətinin əməkdaşlarının Masallı şəhəri ərazisində maskasız məktəblilərlə bağlı keçirdiyi reydin nəticələri barədə məlumat verərək bildirdi ki, mövcud karantin qaydalarınə əməl olunması, görülmüş profilaktik tədbirlər, mobil qrupların fəaliyyəti nəticəsində rayonumuzda yoluxma halı kəskin azalmışdır. Aparılan maarifləndirmə işlərinə baxmayaraq rayon ərazisində tibbi maskadan istifadə etməyən məktəblilərə hələ də rast gəlinir. Bu da yoluxma riskinin artmasına səbəb ola biləcək amillərdəndir. Xüsusi ilə qeyd olundu ki, karantin qaydalarına əməl etməyən şagirdlər barədə əsasəndə 16 yaşdan yuxarı olan gənclərlə bağlı inzibati qaydada tərdbirlər görülməsi zərurəti yaradır. Bu da gənclərin gələcək fəaliyyətində xüsusi rol oynayır ki, tələbəlik və ya hər hansısa peşə faəliyyəti ilə məşğul olduqları dövrlərdə şəxsi işlərində qanunvericiliyin tələblərini pozmaqları barədə qeydlərin aparılmasına səbəb olur.
Görüşdə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məısələlər şöbəsinin müdiri Aybəniz Qafarova, rayon Polis şöbəsinin əməkdaşı Elşən Əliyev və məktəb direktorları məktəblilərin karantin qaydalarına əməl etmələri üçün birgə mübarizə aparmağın vacibliyi barədə söhbət açdılar.