ERKƏN NİKAHLARA YOX DEYƏK!
18 dekabr 2012-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə “Erkən nikahlara yox deyək” devizi altında rayon gəncləri arasında hüquqi marifləndirici tədbir keçirilmişdir.
81 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirmişdir ki, bəzən erkən nikahlar qızların istəklərinin göstəricisi kimi göstərilsə də sonradan araşdırmalar göstərir ki, buna səbəb valideyinlərin öz övladlarını təhsildən yayındıraraq mümkün qədər tez ərə vermək haqqında fikirləşməsidir. Bu isə gələcəkdə çox pis fəsadlara yol açır.
Tədbirdə Masallı rayon təhsil şöbəsinin metodisti Münəvvər Əzimova çıxş edərək bildirdi ki, təhsil erkən nikahların ən effektiv mübarizə üsullarından biri olduğundan, orta və ali təhsil müəsissələrində erkən nikahların səbəb olduğu bir sıra problemlər barədə qızlar arasında təbliğat aparmağın vacibdir.
Tədbirdə Masallı rayon Mərkəzi xəstəxanasının həkimiləri həkim-ginekoloq Almas Bakıxanova və Tahirə Əsədova çıxış edərək bildirdilər ki, erkən yaşlarda qızlar ailə qurmağa, dünyaya uşaq gətirməyə nə fiziki, nə də mənəvi cəhətdən hazır olmurlar. Bu isə bir çox hallarda doğuş zamanı uşaqların və gənc ailələrin ölüm riskini artırmış olur. Erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Bu isə ailənin dağılmasına səbəb olur.
Tədbirdə Rayon gənclərindən Günay Mehrəliyeva, Gülnar Rzayeva, İlahə Abbasova və başqaları çıxış edərək bildirmişlər ki, erkən nikahların səbəblərindən biri də biliksizlikdir. Erkən nikahlara girmiş qızlar çox vaxt məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə sosial təcridinə səbəb olur.
Sonda tədbir iştirakçılarına bukletlər paylandı.