Masallıda "Xalq və Ordu birdir " adlı tedbir keçirilmişdir
25 aprel 2015-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş "Xalq və Ordu birdir" devizi altında bədii-təşviqat marafonunun açılış mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycanın hərb tarixində qəhrəmanlıq göstərən şəxslərin şəkillərinin əks olunduğu “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı foto sərgi nümayiş olunmuşdur.
"Xalq və Ordu birdir" devizi altında keçirilən Ümumrespublika bədii-təşviqat marafonunun növbəti mərhələsinə həsr olunmuş teatrlaşdırlmış kütləvi vətənpərvərlik mərasimi Heydər əliyev Parkındakı səhnədə davam etdirilmişdir.
Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyev və Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, son illər Azərbaycanda ordu quruculuğu və Böyük Vətən Müharibəsi veteranlarına göstərilən qayğıdan danışaraq, Azərbaycanlıların böyük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan xalqımızın gücündən xəbər verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Ordumuzun günü-gündən gücləndiyini və hər an ermənilər tərəfindən işğal olunan torpaqların geri qaytarılmasına hazır olduğunu bildiriblər. Natiqlər 1945-ci ildə faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq. Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu və ordu ilə xalqın birliyi sayəsində Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı azad edəcəyinə inandığını vurğulamışlar.
Mərasimdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin mahnı və rəqs ansabılları, Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin “Halay” rəqs ansamblının və tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim olundu. Böyük Vətən Müharibəsinin başlanması, Azərbaycan oğullarının cəbhəyə yollanması kompozisiya və səhnəciklərlə canlandırılıb. Azərbaycanın Masallıdan olan Milli Qəhrəmanları anılıb, Böyük Vətən Müharibəsi veteranları ilə müsahibə səhnədəki ekranda işıqlandırılmışdır.
Müharibə veteranlarının iştirakı ilə böyük izdiham və təntənə ilə 1945-ci qələbə bayrağı meydana gətirilib.
Tədbirin sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfində rayonun ictimai-siyasi, veteranlara göstərilən diqqət və qayğıya görə bir sıra məsul şəxslərə orden və medallar təqdim edildi.