Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
08 mart 2021 | 16:00
08 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 232 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 12290 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 3399 nəfəri 65 yaşdan yuxarı, 8095 nəfəri 50-65 yaş arası və 796 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.