Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Məntiq-2015” bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

24 aprel 2015 | 15:00

24 aprel 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi ilə Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş 14-29 yaşlı gənclər və  Masallı rayon  orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında “Məntiq-2015” bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin ediləsi məqsədilə görülüən işlərdən danışaraq cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqətindən danışaraq, onlara hər bir sahədə göstərilən qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
Gərgin və maraqlı keçən bilik yarışda 20 məktəb komandası öz bilik və bacarıqlarını sınamışlar. Yarışın yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yerə, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin komandası  II yerə, Masallı Şəhər 3 saylı tam orta məktəbin komandası III yerə   layiq görülmüşdür. Fəallığına görə isə Bədəlan kənd tam orta məktəbin komandası diplomla təltif
Rayon  birinciliyində  qalib gəlmiş  bütün  komanda   üzvləri  rayon  Gənclər və İdman idarəsi tərəfindən  Kubok, diplom  və qiymətli hədiyyələrlə  mükafatlandırılmışdır.

Keçidlər