Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsəruffatında məhsul artımı

09 mart 2021 | 16:00

Kənd təsəruffatında məhsul buraxılışında 2019-cu ilə nisbətən artım olmuşdur.

Kənd təsərrüfatı -bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılmasına deyilir. İnsan qidanı ola biləcək və iqtisadi dəyəri olan hər cür bitki-heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikiləşdirmə fəaliyyətlərinin hamısıdır.

Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və qədim sahəsidir .İctimai əmək bölgüsünün inkişafı prosesində kənd təsərrüfatı iki əsas sahəyə - əkinçiliyə (yaxud bitkiçilik) və heyvandarlığa bölünmüşdür.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə 2019-cu ildə kənd təsəruffatında məhsul buraxılışı 119884.8 min manat olmuşdur. 2020-ci ildə 12.3 faiz və ya 14725.0 min manat artaraq 134609.8 min manata catmışdır. Kənd təsəruffatında məhsul buraxılışıda əkinçiliy 20.5 faiz və ya 10493.6 min manat artaraq 51058.3 min manatdan 61551.9 min manata, heyvandarlığda məhsul buraxılışı 6.1 faiz və ya 4231.4 min manat artaraq 68826.5 min manatdan 73057.9 min manata catmışdır.

Keçidlər