Masallı rayonu üzrə hüquqi və fiziki şəxslər
Masallı rayon üzrə qeydiyyatda olan hüquqi və fiziki şəxslər haqqında
Hüquqi şəxs - Azərbaycan Respublikası dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar. Fiziki şəxs anlayışı ilə mülki hüququn insan kateqoriyasına,insan cinsindən olan subyekti əhatə olunur. Hüquqi şəxslər isə bundan fərqli olaraq mülki hüququn psixoloji, bioloji və ictimai varlıq hesab edilməyən subyektlərindəndir. Elə subyektlərdən ki, onlar fiziki şəxslərin malik olduqları nitqdən, iradədən, düşüncədən və şüurdan məhrumdur. Hüquqi şəxslər fiziki şəxslərin birləşməsinə əsaslanan və spesifik qaydada yaradılan xüsusi qurumudur.
Hüquqi şəxs anlayışı iki mənada işlədilir:
1. mülki hüquq institutu mənasında
2. konstruksiya mənasında
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə 01.01.2021-ci il tarixə Masallı rayonu üzrə ümumilikdə 1858 hüquqi şəxs və 23496 isə fiziki şəxs qeydiyyatda olmuşdur. Qeydiyyatda olan fiziki şəxslərin 80.4 faizi və ya 18891 kişilər, 19.6 faizi və ya 4605 nəfəri qadınlar təşkil etmişdir.