İctimai Şuranın Seçki Komissiyasının iclası
10 mart 2021-ci il tarixdə karantin qaydaları gözlənilməklə Masallı Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın Seçki Komissiyasının iclası keçirilib.
Görüş çərçivəsində İctimai Şuraya seçkilərin təşkili və İctimai Şura üzvlərinin say həddinin, İctimai Şuraya namizədlərin irəli sürülməsi vaxtının müəyyən edilməsi və seçkinin təşkili məsələləri müzakirə edilib.
İclasda çıxış edən Komissiyanın sədri rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Komissiya üzvlərini salamlayaraq, İctimai Şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Daha sonra komissiyanın üzvləri- rayon İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə işə şöbəsinin müdiri Seyfəddin Əliyev, rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlkin Əzizov, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Həsənağa Əliyev çıxış edərək şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Komissiya üzvləri mövcud vəziyyət nəzərə alınmaqla namizədlərin irəli sürülməsi üçün tarixin müəyyən edilməsi məsələsinə dair təkliflərini bildiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 9 üzvdən ibarət tərkibdə və İctimai şuraya namizədlərin irəli sürülməsinin başlanma tarixi 15 mart 2021-ci il tarixindən 20 iş günü müddətinə müəyyən edilib.
Namizədlərin irəli sürülməsinin başlama və bitmə tarixi, tələb olunan sənədlər və namizədlərin qeydiyyatı qaydaları ictimaiyyətə elan olunacaqdır.