Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri
1. 10 mart 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
10 mart 2021-ci il tarixdə 913 nəfərlə görüşülmüş və onlardan 107 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
10 mart 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1832 nəfərlə görüşülmüş, onlardan 221 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 10 mart 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2745 nəfərlə görüşülmüş və 328 nəfərin maskasız olması müəyyən olunmuşdur.
5. 10 mart 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 2 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.
6. Rayon İcra hakimiyyəti, rayon Təhsil şöbəsi və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin qaydalarına əməl etməyən şagirdlərlə bağlı reyd keçirilmişdir. Reyd zamanı rayonun ümumtəhsil məktəblərindən rayonun mərkəzi küçələrində 55 məktəbli şagird müşahidə edilmiş, onlardan şəhər 1 saylı tam orta məktəbdən 3 şagird, 2 saylı tam orta məktəbən 1 şagird, 3 saylı tam orta məktəbən 5 şagird, 4 saylı tam orta məktəbdən 1 şagird, Dəfinə məktəb liseyi 4 şagird, Yeddioymaq kənd 2 saylı tam orta məktəbdən 1 nəfər şagird və Qodman kənd tam orta məktəbdən 1 şagird olmaqla ümumilikdə 16 şagirdin maskasız olduğu müəyyən olunmuşdur.