Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir

27 aprel 2015 | 15:00

25-26 aprel 2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər  arasında Boks idman növü üzrə Rayon birinciliyi keçirilmişdir.
10 çəki dərəcəsində 72 nəfər yeniyetmə və gənc boksçuların iştrakı ilə keçirilən yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin və dramatik mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla  mükafatlandırılmışdır.

Keçidlər