Əmək qabiliyyətli əhali haqqında
Masallı Rayon Statistika İdarəsində verilən məlumata əsasən 2015-ci ildə əmək qabiliyyətli yaşadək əhali 1.4 faiz və ya 0.8 min nəfər artaraq 55.6 min nəfərdən 56.4 min nəfərə çatmışdır. 2019-cü ildə əmək qabiliyyətli yaşadək əhalinin 54.4 faizi və ya 30.7 min nəfəri kişilər, 45.6 faiz və ya 25.7 min nəfər qadınlar təşkil edir. 2015-ci ildə əmək qabiliyyətli yaşda əhali 3.6 faiz və ya 5.3 min nəfər artaraq 147.2 min nəfərdən 152.5 min nəfərə çatmışdır. 2019-cü ildə əmək qabiliyyətli yaşda əhalinin 51.3 faizi və ya 78.2 min nəfəri kişilər, 48.7 faiz və ya 74.3 min nəfərı qadınlar təşkil edir. 2015-ci ildə əmək qabiliyyətli yaşdan yuxarı əhali 6.9 faiz və ya 1.1 min nəfər artaraq 15.8 min nəfərdən 16.9 min nəfərə çatmışdır. 2019-cü ildə əmək qabiliyyətli yaşdan yuxarı əhalinin 33.7 faizi və ya 5.7 min nəfəri kişilər, 62.3 faiz və ya 11.2 min nəfər qadınlar təşkil edir.