Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərə gedən yol”

12 mart 2021 | 16:00

12.03.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzi Ərazi ilk Partiya Təşkilatı və Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol” mövzusunda Qazi və müharibə iştirakçıları ilə onlayn görüş keçirilib.
İlk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü, döyüşkən, əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş, başını dik tutmuşdur. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Mərd, qorxmaz oğul yetişdirən analar ağlamadı, Vətən sağ olsun dedi! Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazdı. Düşmənə sübut etdi ki, bizim güclü ordumuz, sözü və əməli bir olan Prezidentimiz var. Biz yumruq kimi birləşmişik.  Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi,bizim birliyimizin, gücümüzün qarşısında heç bir qüvvə dura bilmədi.
D. İbayeva çıxışının sonunda müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşadığını qeyd edib.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının Masallı rayon Təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi , Vətən müharibəsi iştirakçısı Nurlan Muradov , müharibə iştirakçısı Mənəfov Təbriz mövzu ətrafında geniş çıxış ediblər.

Keçidlər