Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri
1. 11 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 106 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 13044 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 3842 nəfəri 65 yaşdan yuxarı, 8403 nəfəri 50-65 yaş arası və 799 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
11 mart 2021-ci il tarixdə 356 nəfərlə görüşülmüş və onlardan 73 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
11 mart 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1692 nəfərlə görüşülmüş, onlardan 219 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 11 mart 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2048 nəfərlə görüşülmüş və 292 nəfərin maskasız olması müəyyən olunmuşdur.
5. 11 mart 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 2 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur. Həmçinin Ərkivan qəsəbəsində şənlik təşkil etdikləri üçün 9 nəfər rayon sakininin hər biri 200 manat olmaqla ümumilikdə 1800 manat cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.
6. Rayon İcra hakimiyyəti, rayon Təhsil şöbəsi və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin qaydalarına əməl etməyən şagirdlərlə bağlı reyd keçirilmişdir. Reyd zamanı rayonun ümumtəhsil məktəblərindən rayonun mərkəzi küçələrində 41 məktəbli şagird müşahidə edilmiş, onlardan şəhər 1 saylı tam orta məktəbdən 3 şagird, 2 saylı tam orta məktəbdən 1 şagird, 3 saylı tam orta məktəbdən 4 şagird, Təzəkənd kənd tam orta məktəbdən 1 şagird və Binə Xocavar kənd tam orta məktəbdən 1 şagird olmaqla ümimilikdə 10 şagirdin maskasız olduğu müəyyən olunmuşdur.
7. 11 mart 2021-ci il tarixdə koronavirusla bağlı 35 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 14394 nəfərdən yaxma götürülmüşdür.
8. Pandemiya dövründə rayon üzrə ümumilikdə 1017 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmışdır.