Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəxsi inkişaf və motivasiya" mövzusunda onlayn təlim

12 mart 2021 | 16:00

12 Mart 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Şəxsi inkişaf və motivasiya" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov çıxışında qeyd etmişdir ki, Şəxsi inkişaf insanın özünü tanımasını, nöqsanlarını aşkar edib, müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan və insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran prosesdir.

Tədbirdə Təlimçi Ramal Şükürov çıxışında bildirmişdir ki, şəxsi inkişaf, ömür boyu davam edən bir prosesdir. İnsanın dəyər tənqidinə və həyat məqsədinə uyğun bir şəkildə ömrü boyu özünü inkişaf etdirmək istəməsi, mənfi duyğu və düşüncələrindən xilas olub, müsbət duyğu və düşüncələr dənizinə yelkən açmağı qarşısına məqsəd qoyması, əlbəttə, təqdir edilməli olan gözəl bir mövqedir. Şəxsi inkişaf, doğumla başlayıb, ölümə qədər davam edən uzun bir yoldur.

Təlimçi Ramal Şükürov qeyd etmişdir ki, Motivasiyadan danışarkən tələbat və ehtiyac və mükafatlandırma anlayışlarından geniş istifadə olunur.Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindən asılı olaraq özünəxas formaya düşmüş ehtiyacları nəzərdə tutulur. Ehtiyac - insanın müəyyən bir məqsədə xidmət edəcək nəyinsə çatışmamazlığmı hiss etmək qabiliyyətidir

Keçidlər