Masallıda bir qrup qadına Fəxri fərmanlar təqdim olundu
Masallı Rayon İcra Hakimiyyətinin kiçik iclas zalında mövcud karantin qaydaları gözlənilmək və ara məsafəsi saxlanılmaqla müxtəlif sahələrdə - səhiyyə, mədəniyyət, ictimai birlik və təşkilatlarda çalışan qadınlarla mərhələli şəkildə görüşlər keçirilmişdir.
Görüşlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov qadınları 8 Mart bayramı münasibətilə bir daha təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmış və qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirirdi. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərindən danışan icra başçısı Masallıda müxtəlif sahələrdə şalışan nümunəvi və fəal qadınların əməyni qeyd etdi.
Görüşlərin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qadınlara Fəxri fərmanlar təqdim etdi.