Xırmandalı ərazisində abadlıq quruculuq işləri
13 mart 2021 | 16:00
Xırmandalı ərazisində abadlıq quruculuq işləri davam etdirilir. Belə ki, ərazinin Hacıtəpə kəndinin giriş hissəsində "Hacıtəpə" lövhəsi quraşdırılmış həmçinin ümumi uzunluğu 2.5 km olan kənd daxili yolları hamarlanmış və daş, çınqıl tökülmüşdür. Kənd daxili yolları məişət tullantılarından təmizlənmiş və 500-ə yaxın şam ağac əkini nəzərdə tutulmuşdur. Abadlıq işlərinə Masallı rayon İcra hakimiyyəti, Millət Vəkili Məşhur Məmmədov, Xırmandalı ərazi nümayəndəliyi və Hacıtəpə kənd sakinləri "güc birlikdədir" devizi altında dəstək göstərmişlər.