Masallıda “Baku-2015” I Avropa Oyunları Məşəli Alovlandırıldı
02 may 2015-ci il tarixdə Masallı şəhər Olimpiya İdman Komplkeksindən başlayaraq Bakı şəhərində keçiriləcək “Baku-2015” I Avropa Oyunları Məşəli estafeti Yardımlı rayonundan təhvil alınaraq ənənəyə uyğun olaraq masallı şəhərinin fəthinə başladı.
Mərasimin rəmzi qapısında məşəl daşıyıcısı, Azərbaycan Respublikasının əməkdar məşqçisi Xanağa Quliyev Yardımlıdan gətirilmiş məşəli qəbul etdi və onu başı üzərinə qaldıraraq rayon mərkəzinə istiqamət alır və estafetin digər iştirakçılarına - voleybol üzrə Azərbaycan çempionu Sabiq Cahangirova, “Halay” folklor ansamblının bədii rəhbəri Natavan Əliyevaya, təhsil işçisi “Tərəqqi”medallı Vidadi Nəzərova, taekvondo üzrə ikiqat Azərbaycan çempionu Gülgün Niftullayevaya, Veteran idmançı, Prezident təqaüdçüsü Şirvan Əbilova, təhsil işçisi, “Şərəf nişanı ordeni” və “Tərəqqi” medalına layiq görülmüş Qardaş Fətullayevə, Dövlət Qulluğu veteranı, “III dərəcəli Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev, mədəniyyət işçisi Dürdanə Hüseynova, hərəyə təxminən 370 metr məsafə qət etməklə estafeti davam etdirirlər.
Onlar məşəli bir-birinə ötürərək sakinlərin alqışları altında Talışxanov prospekti, Dadva və Qarabağ küçələri boyunca hərəkət etdilər. Rayon icra hakimiyyətinin binası qarşısındakı meydanda məşəl, onu müşayiət edənlər hərarətlə və alqışlarla qarşılandılar.
Cüdo və sambo üzrə Dünya və Avropa yarışlarının mükafatçısı, dəfələrlə ölkə çempionu olmuş Hikmət Alışov məşəli meydanda qurulmuş səhnəyə qaldırdı və oradakı məşəli alovlardırdı.
Məşəlin alovlandırılmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, eləcə də 150-dən artıq qonağın iştirakı ilə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.
Sonra Olimpiya çırağı yandırılaraq birinci Avropa Oyunları başa çatana qədər saxlanılmaq üçün rayonun gənc idmançısı, Cüdo idman növü üzrə respublika gümüş və bürünc mükafatçısı Ülkər Əliyevaya təqdim olundu.
Tədbirin sonunda Masallı şəhər Mədəniyyət və Turizm şöbəsinin kollektivinin, rayon İncəsənət ustalarının, rayon musiqi məktəbi, habelə “Halay” və “Həcər” folklor-rəqs kollektivlərinin və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəks dərnəyinin ifasında rəngarəng çıxışları idman bayramına xüsusi çalar qatdı, yerli sakinlərin və şəhərin qonaqlarının zövqünü oxşadı.