Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri

17 mart 2021 | 16:00

1. 16 mart 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon İcra hakimiyyəti, Masallı Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.

16 mart 2021-ci il tarixdə 810 nəfərlə görüşülmüş və onlardan 73 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
16 mart 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1846 nəfərlə görüşülmüş, onlardan 206 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 16 mart 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2656 nəfərlə görüşülmüş və 279 nəfərin maskasız olması müəyyən olunmuşdur.

5. 16 mart 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 100 manat məbləğində cərimə olunmuşdur.

6. Rayon İcra hakimiyyəti, rayon Təhsil şöbəsi və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin qaydalarına əməl etməyən şagirdlərlə bağlı reyd keçirilmişdir. Reyd zamanı rayonun ümumtəhsil məktəblərindən rayonun mərkəzi küçələrində 64 məktəbli şagird müşahidə edilmiş, onlardan Şəhər 1 saylı tam orta məktəbdən 4 şagird, 3 saylı tam orta məktəbdən 3 şagird, Səmidxan kənd tam orta məktəbdən 3 şagird, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbdən 1 şagird olmaqla ümumilikdə 11 şagirdin maskasız olduğu müəyyən olunmuşdur.

Keçidlər