Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət edib
Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət etmişdir.
18 mart 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Əlizadə Famil Habil oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı əsgər Əlizadə Famil Habil oğlunun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Və bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlah Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Əlizadə Famil Habil oğlu Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman məktəbinin Yunan-Roma güləşi bölməsinin yetirməsi olmuşdur. İdmanla məşğul olduğu vaxtlarda dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olmuşdur