Gənc Könüllülər "Bioloji Təbabət" klinikasında 3 saatlıq praktiki təlimdə
19 mart 2021 | 16:00
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Gənc Könüllüləri "Bioloji Təbabət" klinikasında 3 saatlıq praktiki təlimdə iştirak ediblər.
Onlar təməl tibbi vərdişlərin aşılanması və keyfiyyətli səhiyyə xidməti üzrə biliklərinin artırılması istiqamətində:
1. Sağlam qidalanmanın önəmi;
2. Təcili tibbi yardım xidmətləri;
3. Müxtəlif zəhərlənmələrdə ilkin tibbi yardımın təşkili;
4. Şəxsi gigiyenanın sağlamlıqda rolu;
5. Həkiməqədər yardımın əsasları;
6. Zədələnmələr;
7. Təzyiq ölçülməsi;
8. CPR (ürək masajı);
9. Sarğıların qoyulması mövzularını mənimsəyiblər.