Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans

19 mart 2021 | 16:00

Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans keçirilib

19 mart 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə keçirilən bu səpkidə maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, Zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşqa Gənclər İdman məktəbinin məşqçi-müəllimi, Əməkdar məşqçi Xanağa Quliyev çıxış edərək yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasının ən əsas vasitə kimi idmanla məşğul olmalarını diqqətə çatdırdı.

Daha sonra Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mehman Zaidov çıxış edərək iştrakçıları salamlamış və İdarə tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdı

Keçidlər