Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
19 mart 2021 | 16:00
19 mart 2021-ci il tarixdə randevu.its.gov.az saytında qeydiyyatdan keçən 482 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 14580 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 4852 nəfəri 65 yaşdan yuxarı, 8922 nəfəri 50-65 yaş arası və 806 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.