Millət vəkili Anar İsgəndərov vətəndaşları qəbul edib
20 mart 2021 | 16:00
Millət Vəkili Anar İsgəndərov və Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova vətəndaşlarla görüşüb onları dinləyərək, problemləri ilə maraqlanıblar.
Qəbulda vətəndaşların müraciətlərinin araşdırılacağını, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini və bəzi problemlərin aradan qaldırılması məqsədi ilə aidiyyəti orqanlara müraciət ediləcəyini bildirmişdir.
Vətəndaşlar qəbula görə Millət Vəkili Anar İsgəndərova və Aybəniz Qafarovaya dərin təşəkkürlərini bildirmişlər.
Qəbulun sonunda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minətdarlığını bildirmişlər.