Şəhid Balaqardaş Vəliyev - 19
Masallı rayon Viləş kəndində Şəhid Vəliyev Balaqardaş Fərhad oğlunun doğum günü qeyd olundu.
Tədbirdə Şəhidin ailəsi və yaxıları ilə birlikdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, YAP Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev, həmçinin ərazi nümayəndəliyi, bələdiyyə, şəhidin dostları iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Balaqardaş Vəliyevin məzarını ziyarət etdilər və ruhuna dualar oxudular. Şəhidin atası Fərhad Vəliyev göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və qonaqlara minnətdarlığını ifadə etdi.